Modern.az

UEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyib

UEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyib

14 Noyabr 2019, 11:53

UEFA-dan gələn növbəti vəsait “Qarabağ” klubunun hesabına köçürülüb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində Lüksemburqda “Düdelanj” üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Bakıda Kipr APOEL-i ilə 2:2-lik heç-heçəyə görə isə 190 min avro qazanıb.

 

Həmçinin Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümündə klubun turnir cədvəlindəki mövqeyinə görə 21 min avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

 

Beləliklə, “Qarabağ”ın büdcəsinə 781 min avro (təqribən 1 milyon 460 min manat) daxil olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür