Modern.az

“ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ

“ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ

Dünya

15 Noyabr 2019, 16:50

“ABŞ-la Çin arasında müharibə baş versə, bu dəhşətli nəticələrə gətirib çıxaracaq və hər iki Dünya müharibəsindən daha pis olacaq”.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın eks-dövlət katibi Henri Kissincer noyabrın 15-də Amerika-Çin Milli Komitəsinin Nyu-Yorkdakı tədbirində çıxışı zamanı deyib.

 

Təcrübəli diplomat belə münaqişədə qalib ölkənin olmayacağını əlavə edib.

“Belə müharibə Avropa sivilizasiyasını məhv edən Dünya müharibələrindən ağır olacaq. Bir tərəfin digəri üzərində hegemonluğunu düşünmək olmaz. ABŞ və Çin rəqabət şəraitində bir-birilə mövcud olmağa alışmalıdır”.

 

Kissincer Çinin gücləndikcə, ABŞ-ın ənənəvi mövqelərini tutduğunu və Vaşinqtonun bununla barışmalı olduğunu da qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü