Modern.az

Aksiyada polisə qarşı nalayiq hərəkət edən jurnalist cərimələnib

Aksiyada polisə qarşı nalayiq hərəkət edən jurnalist cərimələnib

15 Noyabr 2019, 23:16

Fransada "sarı jiletlilər"in aksiyası zamanı polisə nalayiq hərəkət edən jurnalist cərimələnib.

Modern.az "Report"a istinadən xəbər verir ki, qərar bu gün Parisin İslah Məhkəməsi tərəfindən verilib.

Məhkəmənin qərarına əsasən 32 yaşlı jurnalist, "Taranis news"un rəhbəri Gaspard Glanz "sarı jiletlilər"in aprel ayındakı aksiyası zamanı polislərə göstərdiyi nalayiq barmaq işarəsinə görə hökumətə 300 avro və iki polis əməkdaşının hərəsinə 100 avro olmaqla, 200 avro cərimə ödəyəcək.

Fransanın Baş naziri Eduard Filip məhkəmədən qabaq jurnalisti müdafiə etməyə çalışan jurnalist təşkilatlarına cavab olaraq hamının qanun qarşısında bərabər olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir