Modern.az

Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

15 Noyabr 2019, 23:32

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır