Modern.az

Tiflisdə  yenidən etirazlar başladı

Tiflisdə  yenidən etirazlar başladı

16 Noyabr 2019, 00:24

Gürcüstanın paytaxtı Tiflisdə parlament binası önündə növbədənkənar parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyası yenidən başlayıb.

Modern.az  xəbər verir ki, dinc aksiyada ictimai fəallarla yanaşı, müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin dəstəklənməməsi Tiflisdə etirazlara səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır