Modern.az

Qol.az saytı 11 yaşına çatdı

Qol.az saytı 11 yaşına çatdı

Media

17 Noyabr 2019, 10:28

Bu gün - noyabrın 17-də Qol.az saytının fəaliyyətə başlamasından 11 il ötür.

Modern.az xəbər verir ki, 2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illlər Qol.az Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində 20 mindən çox  oxucu idman, xüsusilə futbol xəbəri əldə etmək üçün məhz Qol.az-ı seçir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır