Modern.az

Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü...

Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü...

17 Noyabr 2019, 12:14

İran hökumətinin gözlənilmədən benzinin qiymətini qaldırması və satışına məhdudiyyət qoyulması ilə bağlı qərarı ölkə boyu etirazlara səbəb olub.

Modern.az
xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatıb.

Xatərladaq cümə günü İranda benzinin qiyməti azı 50 faiz artıb.

Hakimiyyət ABŞ sanksiyalarının təsirini məhdudlaşdırmaq üçün benzinin qiymətinə qoyulmuş ağır subsidiyaları azaldıb. ABŞ sanksiyaları İran iqtisadiyyatına mənfi təsir göstərib.

ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından çıxması nəticəsində İran neft ixracı ilə bağlı güclü sanksiyalara məruz qalıb.


İRNA dövlət xəbər agentliyinin yaydığı xəbər görə, cümə gününün axşamı İranın Sircan şəhərində "etirazçılar yanacaq anbarına hücum edib və onu yandırmağa çalışıblar".

Bir nəfər öldürülüb və yaralananlar var, yarı rəsmi İSNA xəbər agentliyi Sircan şəhəri rəhbərliyinə istinadən yazıb.

BBC Azərbaycanca etirazların Məşhəd, Bircand, Əhvaz, Qaçsaran, Abadan, Xoramşəhr, Məhşəhr, Şiraz, Bəndər Abbas və digər şəhərlərini əhat etdiyini xəbər verir.

İranın ikinci böyük şəhəri olan Məşhəddə onlarla qəzəbli etirazçı avtomobillərini tərk edərək yolları bağlayıblar.

Yeni qərara görə, hər bir sürücü ayda 60 litr benzini 15 000 riala (0.13 dollara) ala bilər. Bundan sonra əlavə hər litr 30 000 rial olacaq.

Buna qədər sürücülər ayda 250 litrə qədər benzini 10 000 riala ala bilirdilər.

Benzinə subsidiyaların aradan qaldırılmasından əldə olunan gəlirlər az təminatlı ailələrə xərclənəcək, hökumət bildirir.

İran dünyada benzin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir.

İran həmçinin dünyanın ən böyük neft ixracatçılarındandır.

ABŞ prezidenti Donald Trump keçən il İrana qarşı sanksiyaları bərpa edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu