Modern.az

Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir?

Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir?

Dünya

17 Noyabr 2019, 21:57
“Rostec”in baş direktoru narahatdır.


Modern.az-ın
musavat.com-a istinadən məlumatına görə, bu barədə “Reuters” agentliyinin Dubayda keçirilən “Dubai Air Show” tədbirindən hazırladığı xəbərdə bildirilir.

 Məlumata görə, Rusiyada helikopterlərin istehsalına rəhbərlik edən şəxs bazar günü bəyan edib ki, Hindistanın Rusiyadan almalı olduğu 200 helikopterlə bağlı razılaşmanın imzalanması prosesini təxirə salıb.

Baş İcraçı Direktor Andrey Boqinskinin dediyinə görə, Hindistanın belə bir mövqe sərgiləməsi anlaşılan deyil.

Agentlik qeyd edir ki, sözügedən helikopterləri dövlətə məxsus Rusiya konqlomeratı “Rostec” istehsal edir.

Hindistanın baş naziri Narendra Modi 2015-ci ildə Rusiya ilə 200 helikopterlə bağlı razılaşma əldə etmişdi. Həmin razılaşmaya əsasən Rusiya Hindistana 60 ədəd helikopter göndərmişdi. Yerdə qalan helikopterlərin isə “Hindistanda et" proqramı çərçivəsində Hindistanda yığılması və istehsalı nəzərdə tutulmuşdu.

Cənab Boqinski deyib ki, iki ölkə Hindistan donanması üçün 100-dən çox “KA 226-T” tipli helikopterin tədarükü üçün də ilkin danışıqlar aparıb.

"Biz Hindistanın Müdafiə Nazirliyinə bütün məlumatları təqdim etmişik. Təəssüf ki, Hindistan tərəfi bu məsələ ilə bağlı heç bir açıqlama vermir", Baş İcraçı direktor deyib.

"Gecikmə səbəblərini anlaya bilmirik".

Agentlik bildirir ki, Hindistanın almaq istədiyi helikopterlərin 30-35 faizi mülki, 65-70 faizi isə hərbi məqsədlər üçün nəzərdə tutulub.

Agentlik qeyd edir ki, 2021-ci ildən satışa çıxacaq Rusiyanın “VRT-500” helikopterlərinə isə istər Yaxın Şərqdə, istərsə də Hindistanda ciddi maraq var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar