Modern.az

Gəmidə yanğın oldu

Gəmidə yanğın oldu

Dünya

17 Noyabr 2019, 22:44

Yapon dənizindəki "Silver Way" gəmisinin göyərtəsində yanğın olub.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, yanğın zamanı gəminin göyərtəsində 13 rus dənizçisi olub.

Məlumatına ğörə, yanğın söndürülüb, itki yoxdur. Gəmi 2,5 min ton ağac daşıyıb və Naxodka-Pusan marşrutu boyunca Siyerra Leone bayrağı altında üzüb.

Yanğın bazar günü yerli vaxtla 13:40-da Cənubi Koreyanın Pxoxan limanı yaxınlığında baş verib. Yerli hakimiyyət gəmiyə kömək üçün patrul qayıqları, helikopter və yanğınsöndürmə dəstəsi göndərib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!