Modern.az

Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO

Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO

Qarabağ

18 Noyabr 2019, 10:53

Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağda – Xocalı və Xocavənd rayonlarının ərazilərində istehsal olunan günəbaxan yağları “Voske Katil” ("Qızıl damcı") adı ilə ABŞ-a satılır. Satış əsasən ermənilərin kompakt yaşadığı Kaliforniya ştatında həyata keçirilir.

Xocavəndin Tağaverd kəndində yerləşən zavod yaxın aylarda istehsalın genişləndirilməsini və Avropa-Asiya ölkələrinə məhsul satışını da planlaşdırır.

 

2011-ci ildə Norayr Stepanyan tərəfindən yaradılmış zavod sutka ərzində 40 tona qədər müxtəlif yağ istehsal edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü