Modern.az

Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu

Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu

Media

19 Noyabr 2019, 14:47

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

 

Modern.az xəbər verir ki, müvafiq sərəncamla bu vəzifəyə tanınmış jurnalist İbrahim Məmmədov təyin edilib. İ.Məmmədovun adı artıq Nazirlər Kabineti Aparatının strukturunda adlar siyahısına da əlavə edilib.

 

İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. 

O, "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib.
 

2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. Eyni zamanda AzTV-də "Həftə" adlı analitik proqramın müəllifi və aparıcı olub.

2012-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilib. 2015-ci ildə AzTV rəhbərliyindən azad edilib. 

2015-ci ilin sentyabrından indiyədək ARB TV-də sədr müavini vəzifəsini tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!