Modern.az

80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA

80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA

Mədəni̇yyət

19 Noyabr 2019, 18:29

Bu gün Sumqayıt şəhərinin yaradılmasından 70 il ötür. 1949-cu ildə Bakıdan 35 kilometr şimalda əsası qoyulan şəhər Stalinin sürətli sənayeləşmə planı çərçivəsində SSRİ-nin mühüm kimya, mettalurgiya, yeyinti və tikinti mərkəzinə çevrilməli idi.

 

Repressiya olunmuş dustaqların inşasına cəlb olunduğu şəhərin salınması 1939-cu ildə başlanmış, 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi bu planlara mane olmuşdu. 1944-cü ildə Sumqayıtda tikinti-bərpa işləri yenidən bərpa olunmuşdu.

1960-cı ildə əhalisinin sayı 65 min nəfərə çatan şəhər gənc və SSRİ-nin müxtəlif bölgələrindən toplanmış kriminal elementlərlə zəngin olub.

Sovet İttifaqı dövründə Sumqayıt sənaye obyektlərinin çox olmasına görə ağır ekoloji vəziyyətdə idi və dünyanın ən çirkil şəhərlərindən biri kimi tanınırdı. Sovet İttifaqının dağılmasından sonrakı illərdə əksər sənaye obyektləri bağlansa da, bu gün Sumqayıt Azərbaycanın ən böyük 3-cü mərkəzi hesab olunur.

Modern.az 70 yaşlı Sumqayıtın keçmiş fotolarını təqdim edir.

 

Sumqayıt. 1940-cı illər. İlk barakalar

 1951-ci il. Sumqayıtda 1-ci mikrorayonun tikintisi. 

 

 Sumqayıt. 1970-ci illər. 5-ci mikrorayon. 

 

Sumqayıtın məşhur "Sputnik" abidəsi.

Sumqayıtda 1 May bayramı.

Sumqayıt, Sülh küçəsi, 1983-cü il

 Sumqayıt hadisələri. 1988-ci ilin fevralı...
 
 
 
 
 

 

 
 
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?