Modern.az

“Elə bir molladır...” – Xalq artisti gənclərin saqqalından GİLEYLƏNDİ

“Elə bir molladır...” – Xalq artisti gənclərin saqqalından GİLEYLƏNDİ

Mədəni̇yyət

20 Noyabr 2019, 12:24

“Əvvəlki dövrlə, müasir dövrü müqayisə etmək istəmirəm. Mənə elə gəlir ki, nə vardısa, elə o vaxtlarda vardır. Geyim məsələsinə də  toxunmaq istəməzdim, çünki hər kəs istədiyi geyimi geyinə bilər. Yaxud imiclərində nəsə gözəl görünmək üçün edirlərsə, bu normal bir hal hesab olunur. Ancaq məni ən çox narahat edən məqam odur ki, indiki kişilər yalan danışmağa daha çox meyillidirlər”.

 

Bunu Modern.az-a açıqlamasında Xalq artisti Teymur Mustafayev əvvəlki dövrün kişiləri ilə indiki dövrün kişilərini müqayisə edərkən bildirib.

 

“İnanın əvvəllər kişinin ağzından söz bir dəfə çıxardı və o da qanun olardı. Amma indi yalan baş tutub gedir. Kişiyə yaraşmaz axı yalan danışmaq. Xanımlarla bir işim olmaz. Qabaqlar kişilər verdiyi sözü də tutardılar. Ancaq indiki kişilərin adi nəfəslərindən belə yalan qoxusu gəlir. Yalan kimə lazımdır, sözün biri “hə”dir, biri “yox”. Səni nə vadar edir axı ki, yalandan söz verirsən?
Bir də məni ən çox saqqal məsələsi narahat edir. Mən onlara “saqqalçılar” deyirəm. Baxırsan göyçək oğlandır, ancaq üzü bütöv saqqaldır. Nəyə lazımdır bu tərz, bu sifət? Düzdür ey, kişi saqqalı, bığı ilə qadından seçilir. Amma bir əndazə var axı. Elə bir molladır, ya da yas mərasimi düşüb. İndiki cavanlar elə ki 16-17 yaşına gəldi, hamısının üzünü saqqal basır. Bu nə dəbdir, bu nə tərzdir anlaya bilmirəm”, - deyə T.Mustafayev bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır