Modern.az

SSRİ-i niyə dağıldı? - Putinlə Qorbaçov POLEMİKAYA girdi

SSRİ-i niyə dağıldı? - Putinlə Qorbaçov POLEMİKAYA girdi

21 Noyabr 2019, 11:06

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov SSRİ-nin dağılma səbəblərindən danışıb.

 

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, qocaman siyasətçi Putinin İttifaqın yanlış iqtisadi siyasət yürüdülməsi nəticəsində süquta uğradığı barədə fikrinə etiraz edib.

“SSRİ-nin dağılması iqtisadi səbəblə bağlı yox, müttəfiq respublikalar arasında münasibətlərdən qaynaqlanırdı. Münasibətləri demokratikləşdirmək və islahatlar aparmaq lazım idi. Amma bunu etməmişdilər. Xalqlar öz aralarında bu məsələni həll etməli idilər”.

 

Qorbaçuvin fikrincə, müttəfiq respublikalarının dövlət haqqında öz anlayışları yaranmışdı və bunu nəzərə almaq lazım idi. O, SSRİ-ni saxlamaq üçün həmin vaxtlar yaradılmış komisisyanın ölkədaxili münasibətləri nizama salmaq üçün hazırlıq prosesi gördüyünü də xatırladıb.

 

Xatırladaq ki, ötən gün “Rusiya səsləyir” forumunda iştirak edən prezident Vladimir Putin SSRİ-nin süqutu barədə danışıb:

“Əsas səbəb təbii ki, qeyri-effektiv iqtisadi siyasətdir. Bu siyasi münasibətlərə də təsirini göstərmişdi. SSRİ-nin süqutunun nəticələri vətəndaşların gözlədiyindən də ağır nəticələrə gətirib çıxardı”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?