Modern.az

BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA

BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA

Hadisə

21 Noyabr 2019, 16:56

“İlkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib. 

O, qeyd edib ki, hadisə dünən gecə saatlarında, 20 noyabrda olub:

 

“Həmin vaxtı təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, onlar müayinə olunub, iynə vurulub. Həmin vaxtı tələbələrin vəziyyəti normala qayıdıb, özlərinin razılığından sonra təcili tibbi yardım oranı tərk edib. Amma görünən odur ki, səhər saatlarında tələbələrimizin səhhətində yenidən problem baş verib. Vəfat edən tələbəmizə Allahdan rəhmət diləyirik. Bu, bizim üçün böyük itkidir”.

 

Ə.Ağamirzəyevin sözlərinə görə, digər iki tələbənin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Tibbi Mərkəzə köçürülüb:

“Onların vəziyyətinə tam şəkildə nəzarət olunur. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur. Onların vəziyyəti yaxşılığa doğru gedir, özləri hadisə ilə bağlı açıqlama veriblər. Məsələ tam şəkildə universitet rəhbərliyinin nəzarətindədir. Bütün tələbələrə müraciət edirik ki, qidalanmalarına və gigiyenik qaydalara nəzarət etsinlər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu