Modern.az

Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ

Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ

Mədəni̇yyət

21 Noyabr 2019, 16:58

Modern.az saytında “Art Time”  rubrikası davam edir. Rubrikanın budəfəki qonağı 20 noyabrda “Land Mark”da öz ifaları ilə Bakı izləyicilərinə möhtəşəm hisslər yaşadan Macarıstanın ən məşhur caz müğənnisi Veronika Harcsa oldu.

Qeyd edək ki ,Veronica Harcsanı konsert zamanı gitara virtouzu Balint Gyemant müşayiət edirdi.

Beləliklə, gülərüz ifaçı ilə söhbəti ni təqdim edirik:


- Neçə ildir ki musiqi ilə məşğulsunuz və necə oldu ki, Avropa caz səhnəsinin ulduzu olmağı bacardınız?


- Karyerama bir az gec başladım. 21 yaşım olanda Budapeşt Musiqi Konservatoriyasına daxil oldum. Məhz orada gitaraçı Gyemant Balint ilə tanış oldum. Biz eyni sinifdə təhsil alırdıq və boş vaxtlarımızı musiqi ilə dəyərləndirmək qərarına gəldik. Birlikdə sistemli olaraq musiqi çalışmalarına start verdik. Hər çalışmamız yeni bir tapıntı ilə yadda qalırdı. Beləliklə, ilk musiqimizi bəstələdik və bu musiqi bizim üçün uğurlu oldu. İlk ikili albomumuz Berlin mərkəzli caz etiketi Traumton tərəfindən tənqidlə bəyənilməyə başlayandan bir az sonra musiqimiz beynəlxalq auditoriyaya sıçrayış etdi və biz Avropa caz səhnəsinin bir hissəsi olduq. Müxtəlif quruluşlarda albomlar yazdıqdan sonra biz əsasən minimalist ikili kimi davam edirik.


- Bakıya gəlməyiniz kimin fikri idi? Bu məsələdə təşəbbüskar kimdir?

- Hazırda bu regionda konsert turundayıq. Öncə Moskva, daha sonra Tiflisdə konsertlərimiz oldu. Nəhayət Qafqazın ən gözəl təbiətinə və  gülərüz mehriban insanlarına malik olan Bakıya gəldik. Buradan sonra İstanbul və Ankarada konsert proqramları ilə çıxış edəcəyik. Nəhayət Budapeştə geri dönəcəyik. Azərbaycana gəldiyimiz üçün çox sevinirik, çünki konsert zamanı buradakı kütlənin coşqusu ilə qarşılaşa bildik. Biz xarici ölkələrə gedəndə kütlə qarşısında təkcə macar musiqisi ilə deyil, xarici musiqilərlə də çıxış edirik. Bu zaman həm kütlə bizi daha yaxından hiss edir, həm  də biz kütlənin reaksiyasını duya bilirik.


- Azərbaycan musiqisi ilə tanışsınızmı? Bilirsinizmi ki, Azərbaycan dünya şöhrətli cazmen Vaqif Mustafazadənin vətənidir?


- Kiçik məkanlar böyük şəxsiyyətlər yetirə bilər və o şəxsiyyətlər bütün dövrlərdə yadda qala biləcək sənət yarada bilərlər. Vaqif Mustafazadə macar xalqına və macar musiqisinə tanış olan bir sənətkar idi. Sevinirəm ki, aramızdakı məsafələrin uzaqlığına baxmayaraq, Vaqif Mustafazadənin caz bəstələri Macarıstana da gəlib çatmışdı.


- Azərbaycanlı izləyicilərin  ifalarınıza olan rekaksiyaları necə idi? Sizdə hansı təəssüratlar yaratdı?


- Çox cəlbedici və təravətləndirici oldu. Birinci musiqidən etibarən biz çox təsirli daxili reaksiyaları gördük. Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi. Reaksiyaları görüncə, biz coşmağa başladıq. Bu, ifalarımızda da öz əksini tapdı. Hər ifadan sonra alqışlar daha da artırdı. Düşünürəm ki, bir musiqiçi üçün ən böyük uğur, onu dinləməyə gələn zalın coşqusu və alqışlarıdır.


Leyla ŞAH

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir