Modern.az

Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı evdən apardılar

Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı evdən apardılar

Aktual

21 Noyabr 2019, 19:55

Bakıda əcnəbi vətəndaşın pulunu aparıblar.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə təhvil verilib.

 

Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aprılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı