Modern.az

ABŞ Senatı “soyqırımı”ı tanımadı – Ermənilərin ümidləri puç oldu

ABŞ Senatı “soyqırımı”ı tanımadı – Ermənilərin ümidləri puç oldu

22 Noyabr 2019, 11:15

ABŞ Senatında “erməni soyqrımı”nın müzakirəsi aparılıb.

 

Modern.az xəbər verir ki, senatorlar Bob Menendes və Ted Kruz həmkarlarını “soyqırımı”nı tanımağa səsləyiblər.

Amma Corciya ştatından senator Devid Perdyu həmkarı Lindsi Qrem kimi qətnamənin qəbuluna veto qoyub.

 

“ABŞ prezidentinin administrasiyası ötən həftə Tramp-Ərdoğan görüşündən sonra əməkdaşlığı davam etdirir. Bu diplomatik səylər fonunda mənim qətnamənin qəbulunun əlehinəyəm”- deyə senator deyib.

Beləliklə, erməni diasporunun “soyqırımı” Senatda qəbul etmək cəhdi bloka alınıb.

 

   

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir