Modern.az

Komitə sədri arvadının Elçin Əlibəylini döyməsi xəbərindən danışdı: “Ciddi psixoloji problemlər var”

Komitə sədri arvadının Elçin Əlibəylini döyməsi xəbərindən danışdı: “Ciddi psixoloji problemlər var”

22 Noyabr 2019, 13:10
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova telejurnalist Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 
 
 
Modern.az-ın məlumatına görə, bu gün YAP-da keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, zorakılıq halı baş verəndə Dövlət Komitəsi bununla bağlı operativ olaraq bölgələrdə, rayonlarda yaradılan monitorinq qruplarına müraciət edir:
 
 
"Bu monitorinq qrupları daha operativ reaksiya verə bilərlər. Bir çox hallarda belə məsələlər üzə çıxanda məlum olur ki, ciddi psixoloji problemlər var. Mən demirəm ki, psixi xəstədirlər, müraciət edirlər, sonra məlum olur ki, onun hansısa səbəbə görə səhhətində problem var.  Sonra onlar bunu hansısa televiziyada, yaxud sosial şəbəkədə bildirirlər, araşdıranda məlum olur ki, elə də ciddi məsələ deyil. Siz bizi də başa düşün. Deyirlər ki, filan məsələ olur, Dövlət Komitəsi reaksiya vermir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz reaksiya verməyək, bu, bizim işimizdir. Amma Dövlət Komitəsinin bundan başqa ayrı işləri də var. Başa düşürsüz?! Ona görə də bizi narahat edən məsələlər barədə  məlumatları çatdırırıq. Hər hadisə ilə bağlı hər dəfə açıqlama versək, bu, düzgün olmaz. Bunun üçün xüsusi aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları var. Bir çox hallarda cinayət işi açılır, konkret olaraq məlumat yoxdur ki, bu işi törədən kimdir. Bu zaman bizdən tələb edirlər ki, deyin ki, kim günahkardır. Biz bunu deyə bilmərik, çünki hələ də araşdırma gedir. Biz bu araşdırmalar bitəndən sonra açıqlama veririk ”.
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu