Modern.az

Soyğunçu dəstə Bakıda adam qaçırdı

Soyğunçu dəstə Bakıda adam qaçırdı

22 Noyabr 2019, 13:35

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib 7000 manat pul tələb edərək “Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını bildirib.
Əlavə edib ki, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Yusifov, R.Əliyev, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Dadaşzadə və Şərur rayon sakini Əmrah Nağıyev saxlanılıb. Şəxsiyyətləri müəyyən edilmiş daha 2 nəfərin tutulması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir