Milli Məclisin növbəti plenar iclası noyabrın 26-na təyin olunsa da, sonradan vaxt dəyişdirilib.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, növbəti plenar iclas noyabrın 25-də keçiriliəcək.
Modern.az-ın əldə etdiyi məlumata görə, iclasın vaxtının dəyişdirilməsinə səbəb var.
Belə ki, noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi təntənəli şəkildə qeyd olunacaq.
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirin rəsmi hissəsi saat 11:00-da Bakı Konqres Mərkəzində keçiriləcək.
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş ziyafət isə Heydər Əliyev Mərkəzində axşam saat 18:00-da baş tutacaq.
100 illiklə bağlı rəsmi və ziyafət tədbirlərinə Milli Məclisin deputatları da dəvətlidir.