Modern.az

ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək

ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək

22 Noyabr 2019, 20:33

Gürcüstan və ABŞ təhlükəsizlik sahəsində birgə əməkdaşlıq edəcəklər.

Modern.az  xarici mediaya istinadən  xəbər verir ki, bununla əlaqədar iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb.

Gürcüstanın Müdafiə Nazirliyindən bildiriblər ki, sənədi ABŞ-da səfərdə olan Müdafiə naziri İrakli Qaribaşvli və ABŞ Müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper imzalayıblar.

Sazişdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın növbəti üç il üçün prioritet istiqamətləri müəyyənləşdirilib. Bu sənədin Gürcüstanın müdafiə sahəsində hazırlığının gücləndirilməsinə yönəldiyi bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir