Modern.az

Erməni jurnalistlər Bakının mərkəzindən şəkil paylaşdılar - FOTOLAR

Erməni jurnalistlər Bakının mərkəzindən şəkil paylaşdılar - FOTOLAR

23 Noyabr 2019, 20:40

Bakıda səfərdə olan Ermənistandan olan jurnalistlər paytaxtımızın mərkəzindən şəkil paylaşıblar.

 

Modern.az xəbər verir ki, noyabrın 17-dən 21-dək erməni jurnalistlərin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri təşkil olunub.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilən səfər zamanı Bakıya gələn erməni jurnalistlərin adları açıqlanıb.

Ermənistandakı “Şant” telekanalanın əməkdaşı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağdakı separatçı rejimin “İctimai TV”sinin əməkdaşı Edqar Elbakyan noyabrın 17-dən 21-dək Bakıda olublar...

Erməni jurnalistlər Gəncəyə də gediblər... Onların Azərbaycanda ictimai təşkilatların nümayəndələri ilə görüşdüyü, şahmat məktəbini ziyarət etdiyi və həmkarları ilə bir araya gəldiyi bildirilir.

Azərbaycandan  Ermənistana  isə “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü