Modern.az

Bazarda partlayış: 3 ölü

 Bazarda partlayış: 3 ölü

Dünya

23 Noyabr 2019, 21:56

Əfqanıstanda bazarda partlayış törədilib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında ölkənin şərqindəki Kapisə əyalətinin Ala Sai qəzasında qeydə alınıb.

Əldəqayırma partladıcı qurğunun işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, aralarında iki nəfər təhlükəsizlik qüvvələri əməkdaşı olan 5 nəfər də xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən zərərçəkənlərin vəziyyətinin kafi olduğu bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır