Modern.az

Bakı Metrosunda problem-Qatarların hərəkət istiqaməti DƏYİŞDİRİLDİ  

Bakı Metrosunda problem-Qatarların hərəkət istiqaməti DƏYİŞDİRİLDİ  

24 Noyabr 2019, 08:50

“Neftçilər-Qara Qarayev” mənzilində təmas relsində nasazlıq baş verib”.

 

Bu barədə Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla  əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə “Bakı Metropoliteni”ndə Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əksinə istiqamətdə təşkil edilir.

 

B.Məmmədov qeyd edib ki, hazırda “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür:

 

“Nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib. Araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır