Modern.az

Klaus Yohannis daha beş il Rumıniyanı idarə edəcək

Klaus Yohannis daha beş il Rumıniyanı idarə edəcək

Dünya

25 Noyabr 2019, 10:53

Rumıniyanın hazırkı prezidenti, Milli Liberal Partiyasının namizədi Klaus Yohannis 66,5 faiz səslə bazar günü keçirilən prezident seçkilərinin qalibi olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniyanın Qiymətləndirmə və Strategiya İnstitutu (İRES) exit-polların nəticələrini açıqlayarkən məlumat verib.

 

Klaus Yohannisin rəqibi sabiq baş nazir Viorika Dançila isə 33,5 faiz səs toplayıb. Səsvermədə 49,84 faiz qeydiyyatdan keçən seçicilər iştirak edib.

 

Beləliklə Klaus Yohannis beş il müddətinə Rumıniyanın prezidenti seçilib (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı