Modern.az

Putin Berluskoniyə qonaqlıq verib

Putin Berluskoniyə qonaqlıq verib

9 Mart 2012, 11:12

Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İtalyanın keçmiş baş naziri Silvio Berluskoni keçmiş həmkarı və dostu Vladimir Putini prezident seçkilərində qalib gəlməsi münasibəti təbrik etmək üçün onu ziyarət edib. Belə ki, köhnə dostlar unudulmaz qələbəni qeyd eləmək üçün Soçi şəhərində bir araya gəliblər. 
Ziyafət mərasimində prezident postunu yaxın vaxtlarda Putinə təhvil verməyə hazırlaşan Dmitri Medvedev də iştirak edib. Hər zaman adı qızlarla bağlı qalmaqallarda hallanan Berluskoni bu dəfə də rusiyalı dostunun yanına tək gəlməyib. Silvionun yanındakı xanımın kimliyi bilinməsə də, görünür o köhnə “peşəsindəm” əl çəkməyib. Odur ki, bu görüntülər mətbuatın diqqətindən yayınmayıb.

  Qeyd edək ki, martın 4-də Rusiyada keçirilən prezident seçkilərində baş nazir Vladimir Putin böyük səs çoxluğu ilə qalib gəlib.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər