Modern.az

Deputat hökuməti TƏNQİD ETDİ - Köçkünlərlə bağlı bəzi qərarların ləğvini İSTƏDİ

Deputat hökuməti TƏNQİD ETDİ - Köçkünlərlə bağlı bəzi qərarların ləğvini İSTƏDİ

25 Noyabr 2019, 13:09

“Ölkə başçısı bütün çıxışlarında bildirir ki, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazımdır. Hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır. Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkün statusuna malik olan bir qrup insanın yolunun bağlanmasına gətirib çıxarır”.

 

Modern.az xəbər verir ki, bunu deputat Elman Məmmədov Milli Məclisin plenar iclasında deyib.

 

O, Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını tənqid edib.

 

“Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Bu, ziddiyyət təşkil edir axı.
Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə, onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”, - deyə E.Məmmədov Nazirlər Kabinetinin qərarına etiraz edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir