Modern.az

Mehriban Əliyevanın Rusiyaya səfəri iqtisadi əlaqələrimizi genişləndirəcək - Deputat

Mehriban Əliyevanın Rusiyaya səfəri iqtisadi əlaqələrimizi genişləndirəcək - Deputat

25 Noyabr 2019, 13:25

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olub. M.Əliyeva səfər çərçivəsində Prezident Vladimir Putinlə görüşüb. Vladimir Putin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib. Bundan əlavə, Mehriban Əliyeva Rusiya Hökumətinin başçısı Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi Rusiyaya ilk səfəri olduqca böyük əhəmiyyət kəsb edir:

 

“Mehriban Əliyeva səfər zamanı dövlət rəsmiləri, baş nazir, prezidentlə görüşlər keçirib. Səfər çərçivəsində bir çox məsələlər müzakirə edilib.

Azərbaycan Rusiya arasında iqtisadi əlaqələr strateji xarakter daşıyır. Azərbaycan kifayət qədər Rusiyaya sərmayə qoyub, o cümlədən Rusiya Azərbaycana 5 milyard dollara yaxın sərmayə yatırıb. Bu çox böyük rəqəm olmasa da, əlaqələrin çox sıx olduğunu sübut edir. Rusiya bölgədə hakim, sözükeçən dövlətlərdən biridir. Bu da onu göstərir ki, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr davamlı olacaq və genişlənəcək. Səfərdə Baş Nazirin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak edib. Şahin Mustafyev görüş zamanı bir çox müştərək müəssisələrin açılması, Azərbaycandan Rusiyaya ixracın artırılması v s. məsələləri diqqətə çatdırıb”.

 

V.Əhmədov bütün müzakirələrin önündə Qarabağ probleminin olduğunu diqqətə çatdırıb:

“Bu gediş çox müsbətdir və müsbət qiymələndirirəm. Amma əsas məsələ Qarabağ məsələsidir. Bütün görüşlərdə də bu məsələ prioritet olmalıdır. Bizim dövlət başçımız İlham Əliyev bütün görüşlərində bu məsələni qabardır. Problemin həllində Rusiyanın rolu olduğu üçün Azərbaycana dəstək olmalıdır. Qarabağ problemi nə qədər tez həll olunarsa, Azərbaycanın ərazi bütövlüyü nə qədər tez bərpa edilərsə, bu əlaqələr bir o qədər də genişlənər. Ümumilikdə əlbəttə mən bu səfəri yüksək qiymətləndirirəm. Çünki bu, Birinci vitse-prezidentin Rusiyaya ilk rəsmi səfəridir. Onun yüksək səviyyədə qarşılanması Azərbaycan-Rusiya münasibətlərinin çox yüksək səviyyədə olmasını bir daha təsdiqləyir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir