Modern.az

Bakıda tələbə yol qəzasında ölüb

Bakıda tələbə yol qəzasında ölüb

26 Noyabr 2019, 12:18

Noyabrın 24-də Bakının Səbail rayonunda baş vermiş ağır yol qəzasında ölən gəncin tələbə olduğu müəyyənləşib.

Modern.az  xəbər verir ki, Bayıl şosesində qeydə alınmış qəza zamanı “Mercedes” markalı minik maşını Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib. Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla gələn “VAZ 2109” markalı minik maşınına çırpılıb. Yol qəzası nəticəsində “Mercedes”in sürücüsü Anar Musayev dünyasını dəyişib. Onun bir sərnişini və “VAZ 2109”da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Mercedes”in sürücüsü Anar İlham oğlu Musayev Azərbaycan Memarlıq və İnşaşat Universitetinin İnşaat fakültəsinin II kurs tələbəsiymiş...

Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər