Modern.az

Fransa ordusunun 13 zabiti Afrikada həlak oldu

Fransa ordusunun 13 zabiti Afrikada həlak oldu

Dünya

26 Noyabr 2019, 14:54

Afrika qitəsində yerləşən Malidə 13 fransalı hərbi qulluqçu həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2 helikopterin havada toqquşması nəticəsində baş verib. Fransa prezidenti Emmanuel Makron ölənlərin yaxınlarına başsağlığı verib. Ötən gecə Malinin Sahel vilayətində qeyə alınan insident zamanı həlak olan hərbçilərin hamısı zabitdir.

 

Fransa 2014-cü il avqustun 1-dən Malidə “Barxan” sülhməramlı missiyasını həyata keçirir. Bu müddətdə Fransa ordusu 38 hərbi qulluqçusunu itirib.  

 

 

  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü