Modern.az

Daha iki jurnalist bələdiyyə seçkisinə qatıldı - Namizədlikləri TƏSDİQLƏNDİ

Daha iki jurnalist bələdiyyə seçkisinə qatıldı - Namizədlikləri TƏSDİQLƏNDİ

26 Noyabr 2019, 15:46

Daha iki jurnalistin bələdiyyə seçkilərində namizədliyi təsdiqlənib. Modern.az-ın məlumatına görə, bunlar “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov və “Unikal.org” saytının əməkdaşı Zaurə Əmirovadır.

R.İsmayılov bildirib ki, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi namizədliyi qeydə alınıb:

“Namizədliyin təsdiqlənməsi üçün təqdim etdiyim 194 imzadan 182-ni DSK etibarlı sayıb. Təsdiqlənmək üçün 150 imza keçərli idi. İmza vərəqələrinə 30-40 nəfər qohum-əqrəba, dost-tanış, qonşular şəxsi münasibətlərə görə imza atmışdısa, digər sakinlərin hər birinin qapısını şəxsən döyüb, özümü təqdim edib, dəstəklərini almışdım. Yəni, vətəndaşın ayağına getməkdən, onunla üzbəüz dayanmaqdan, məqsədimi, məramımı təqdim etməkdən, onların fikrini dinləməkdən çəkinməmişdim. İrad bildirən, etiraz edən də olmuşdu, dəstək verənlər də. Hamısı sağ olsun! İnşallah dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində səs verər, etimad göstərərlər”.

 

Z.Əmirova qeyd edib ki, namizədliyi 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin Lökbatan bələdiyyəsi üzvlüyünə qeydə alınıb:

“Seçkilərə bitərəf namizəd kimi qatıldım. Ölkə başçısının gənclərə göstərdiyi etimad məni də bu addımı atmağa daha da cəsarətləndirdi.
Bu işdə mənə dəstək olan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. İnşallah verdiyim qərar hər kəs üçün xeyirli-uğurlu olar"

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir