Modern.az

Nazir Pərvanə İbrahimovaya medal verdi

Nazir Pərvanə İbrahimovaya medal verdi

26 Noyabr 2019, 19:52

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

 

Modern.az xəbər verir ki, təltif olunanlar arasında BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova da var.

 

Qeyd edək ki, P.İbrahimova 2000-ci ildən sözügedən universitetin mətbuat xidmətində çalışır. O, həmçinin BDU-nun Jurnalistika fakültəsinin müəllimidir.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir