Modern.az

Albaniyadakı zəlzələdə ölənlərin sayı 20 nəfərə çatıb

Albaniyadakı zəlzələdə ölənlərin sayı 20 nəfərə çatıb

Dünya

27 Noyabr 2019, 08:49

Albaniyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb.

Qeyd olunur ki, dağıntıların altından 42 nəfər xilas edilib, Durres və Tuman şəhərlərində xilasetmə əməliyyatı davam edir. İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Serbiya, Çernoqoriya və Kosovodan olan xilasedicilər də xilasetmə işlərinə cəlb olunub.

Qeyd edək ki, noyabrın 26-da səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, zəlzələnin ardından beş baldan yuxarı bir neçə afterşok qeydə alınıb. Yeraltı təkanlar zəlzələnin episentrinə yaxın olan Tirana, həmçinin Durres şəhərlərində daha çox hiss edilib. Nəticədə bir neçə bina dağılıb. Ölkədəki bütün məktəblər bağlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır