Modern.az

Avropa Şurasına Gürcüstan sədrlik edir

Avropa Şurasına Gürcüstan sədrlik edir

Dünya

27 Noyabr 2019, 20:46

Gürcüstan Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb.

Modern.az  “Report”a istinadən xəbər verir ki, Gürcüstan sədrliyi Fransadan təhvil alıb.

Strasburqda Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monşalen Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə simvolik açarı təqdim edib.

D.Zalkaliani AŞ-nin Nazirlər Komitəsində çıxış edərək Gürcüstanın təşkilata sədrliyi dövründə prioritetlərini açıqlayıb.

Qonşu ölkə sədrlik üçün dörd əsas prioritet müəyyən edib. Bunlara insan haqları və ətraf mühitin mühafizəsi, qərar qəbuletmədə vətəndaş iştirakı, ədalət, təhsil və demokratiyanın gücləndirilməsi daxildir.

Qeyd edək ki, Gürcüstan ilk dəfədir beynəlxalq təşkilata sədrlik edəcək. Sədrlik müddəti 6 ay - 2020-ci ilin mayın 15-dək davam edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı