Modern.az

Gürcüstanda çeçenlər arasında atışma

Gürcüstanda çeçenlər arasında atışma

Dünya

27 Noyabr 2019, 21:18

Gürcüstanın Axmeti rayonunun Sakobiane kəndində (Pankisi dərəsi) iki ailə arasında qarşıdurma olub.

Modern.az  xəbər verir ki, Pankisi dərəsində kistinlər (etnik çeçenlər) arasında baş verən atışma nəticəsində 1 nəfər ölüb, dörd nəfər yaralanıb.

Mutoşvili və Kavtaraşvili ailələri arasında baş verən mübahisənin dəqiq səbəbləri hələlik məlum deyil. Amma bəzi məlumatlara görə, qanlı dava-dalaşa Pankisidə tikilməsi nəzərdə tutulan su elektrik stansiyası səbəb olub.

Münaqişə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür