Modern.az

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi - FOTO

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi - FOTO

Hadisə

28 Noyabr 2019, 14:35

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı keçmiş maliyyə naziri Fikrət Yusifovu özünün sosial-iqtisadi məsələlər üzrə müavini təyin edib.


Bu barədə Modern.az-a Ana Vətən Partiyasının mətbuat xidmətindən məlumat verilib. 


Fikrət Yusifov 1957-ci ildə  doğulub. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnustutunu bitirib.

1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilədək maliyyə naziri vəzifəsində işləyib.

2018-ci ildən Azərbaycan  Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir.


2014-cü ildə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis edib və onun sədri seçilib. 

Ailəlidir, dörd övladı var. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi