Modern.az

Kamil Həmidovun siyasi PROQNOZLARI - Jurnalistə xəbəri kimlər sızdırır?

Kamil Həmidovun siyasi PROQNOZLARI - Jurnalistə xəbəri kimlər sızdırır?

Media

28 Noyabr 2019, 18:20

“525-ci qəzet”in parlament müxbiri, “Etikxeber.az” saytının rəhbəri Kamil Həmidovun son vaxtlar sosial şəbəkədə yazdığı bəzi siyasi proqnozları doğrulmaqdadır. Bu isə həmkarlarının ona diqqətini artırıb. Bu səbəbdən də dörd gözlə dövlət qurumlarında kadr və struktur dəyişikliklərinin olacağı xəbərini gözləyən bəzi jurnalistlər yarızarafat-yarıgerçək “Kamil, bu gün hansı hadisələr olacaq” deyə soruşurlar...

Belədə maraqlıdır, Kamil Həmidov proqnozlarını nəyə əsaslanıb verir? Ona xəbər sızdıran etibarlı mənbələri varmı?


Modern.az
-a açıqlamasında Kamil Həmidov öncə həmkarlarından incikliyini ifadə edib. Bildirib ki, bir sıra saytlar onun siyasi məsələlərlə bağlı verdiyi proqnozlara istinad etmədən xəbər hazırlayır.

 

“Əslində istinad olunsa daha yaxşı olar, çünki bu da bir mədəniyyət növüdür. Amma istinad etmirlərsə də, canları sağ olsun. Belə məsələlər üstündə həmkarlarla üz-göz olmaq istəməzdim. Bütün hallarda hər kəs hər kəsin əməyinə qiymət verməlidir. Mən özüm 31 ildir jurnalistika ilə məşğul oluram, amma bu müddət ərzində çalışmışam ki, heç kimin əməyini tapdamayım, kiminsə əməyini mənimsəməyim. 4 ilə yaxındır ki, “Etikxəbər.az” saytını işlədirəm, həm baş redaktoru, həm də əməkdaşıyam. İstinadsız xəbər yazanların yenə canları sağ olsun, amma gələcəkdə belə şeyləri nəzərə alsalar, daha yaxşı olardı. Əvvəllər bunu bir az emosional qarşılayırdım, amma indi fərqli yanaşıram.
O ki qaldı proqnozlarımın düz çıxmasına, heç kim mənə xəbər ötürmür. Mən daha çox məntiqə üstünlük verən adamam. Heç zaman heç kimlə əlaqə saxlamıram. Sadəcə öz məntiqimə əsaslanıram. Məntiqim də çox zaman məni aldatmır. Bu bir az özündən razılıq kimi çıxır, amma mən özümü belə haldan uzaq tutmağa çalışıram”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi