Modern.az

Moskvada yaşayan məşhur azərbaycanlı: “Diaspor Komitəsi rəhbərliyinin səfəri çox şeyi dəyişəcək”

Moskvada yaşayan məşhur azərbaycanlı: “Diaspor Komitəsi rəhbərliyinin səfəri çox şeyi dəyişəcək”

Diaspor

28 Noyabr 2019, 18:48

Noyabrın 25-28-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub.

Səfər zamanı bir çox tanınmış şəxslərlə, diaspor təşkilatlarının rəhərləri ilə görüşlər keçirilib. Bu səfərdən böyük gözləntilər var. Xüsusuilə nəzərə alsaq ki, uzun zamandır Moskvadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində müəyyən süstlük yaranmışdı, hər kəs Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin səfərindən sonra bu problemlərin həll olunacağı ümidindədir.

 

Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordeninin sahibi, Moskvada yaşayan diaspor fəalı Ramiz Abutalıbov Dövlət Komitəsinin rəhbərliyinin Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəalları ilə görüşündə iştirak edib. O, Modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Rusiya səfərini şərh edib və qeyd edib ki, komitə sədri ilə görüş çox səmərəli keçib:

 

“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdük. Çox maraqlı bir görüş oldu. Bu görüşdən çox müsbət fikirlərlə ayrıldım. Bu səfərdən ümidlərimiz çoxdur. Fuad Muradovu Azərbaycanın gənc kadrı kimi çox bəyəndik. Onunla görüşmək mənə də xoş oldu. İnanıram ki, Dövlət Komitəsi rəhbərliyinin Moskva səfəri diaspor fəaliyyətimizi müsbət istiqamətdə dəyişəcək”.

 

Ramiz Abutalıbov diaspor sahəsinin inkişafı ilə bağlı ümidli olduğunu da dilə gətirib:

 

“İclasımız oldu. Rusiyadakı diaspor təşkilatlarının tam olaraq birləşməsi barədə danışmaq hələ tezdir. Çünki uzun illər diaspor sahəsində bir boşluq hökm sürüb. Ümid edirik ki, problemlər aradan qaldırılacaq”.

 

Müsahibimizin sözlərinə görə, xaricdə yaşayan hər bir azərbaycanlı fəal olmalı, Dövlət Komitəsinin çağırışlarına cavab verməlidir:

 

“Özümdən misal gətirmək istəyirəm. Rusiyada üzərimə düşən işləri görürəm. 15 il ərzində 31 kitab buraxmışam. 2006-cı ildən bu günə kimi mənim təşəbbüsüm və iştirakımla AXC haqqında 31 kitab çıxıb. Bu kitablardan 25-i Moskvada, 5-i Azərbaycanda, 1-i İstanbulda nəşr olunub. Bu kitablar tarixə və mədəniyyətə aid kitablardır. Bunlar da mənim töhfələrimdir. Bunlardan başqa indi durub nə ilə öyünə bilərəm ki?! Bu etdiklərimi kimsə durub etsə, çox şad olaram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir