Modern.az

Parlamentdə evlilik təklifi: Spiker deputatı danladı

Parlamentdə evlilik təklifi: Spiker deputatı danladı

28 Noyabr 2019, 21:43

İtaliya Nümayəndələr Palatasının bu gün keçirilən iclasında çıxış edən millət vəkili Flavio Di Muro sevgilisinə evlilik təklifi edib.

Modern.az xəbər verir ki, nitqinin sonunda millət vəkili bu günün onun üçün digər günlərdən fərqli və xüsusi olduğunu qeyd edib.

“Cənab məclis sədri, icazənizlə sizə deyil, izləyici sıralarına səslənirəm: “Elisa, mənimlə evlənərsən?”, - deyə millət vəkili deyib.

Yanındakı digər millət vəkilləri Flavio Di Muronu alqışlarla təbrik etdiyi halda, spiker Roberto Fiko məsələyə tənqidi yanaşıb: “Cənab millət vəkili Di Muro, hər şeyi başa düşərəm, lakin məclis nitqini belə bir məqsədlə istifadə etmək uyğun deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir