Modern.az

Dünya ermənilərinin Qarabağa maliyyə yardımı ildən-ilə AZALIR

Dünya ermənilərinin Qarabağa maliyyə yardımı ildən-ilə AZALIR

29 Noyabr 2019, 10:42

Dünya erməniləri Qarabağ üçün 9 milyon 856 min 100 dollar vəsait toplayıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, telemarafon ötən axşam Yerevanda start götürüb.

 

Telemarafon Dağlıq Qarabağın, Ermənistanın Lori, Tavuş və Şirak bölgələrinin içməli su ilə təmin olunması və günəş energetikasının inkişafı üçün həyata keçirilir.

Maraqlıdır ki, ötən il “Hayastan” fondu 11 milyon 109 min 633 dollar toplamışdı. Telemarafonun ilk 4 saatı Yerevanda, qalan 8 saatı isə Los-Ancelesdən yayımlanıb.

 

 “Hayastan” fondu 1992-ci ildə yaradılıb. Fond fəaliyyətə başladığı gündən Ermənistan və Dağlıq Qarabağ bölgəsi üçün 300 milyon dollardan artıq ianə toplayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi