Modern.az

93 yaşlı kraliça taxt-tacı oğluna təslim edəcək

93 yaşlı kraliça taxt-tacı oğluna təslim edəcək

29 Noyabr 2019, 11:32

İngiltərə kraliçası II Elizabet qarşıdakı 18 ay içərisində taxt-tacı oğlu şahzadə Çarlza təslim edəcək.

 

Modern.az xəbər verir ki, İngiltərə mətbuatı artıq 67 ildir ki, ölkəni idarə edən kraliçanın 1il yarım müddətində öz səlahiyyətlərini oğluna təslim edəcəyi barədə məlumat yayıb. Şahzadə Çarlzın atası Şahzadə Filip ilə Sandringhamda görüşdüyünü yazan media nümayəndələri,onların kraliça Elizabetin taxt-tacdan imtina etməsi ilə bağlı müzakirə aparmaq üçün bir ara gəldiyini bildirib.

 

Qeyd edək ki, kraliça II Elizabet İngiltərə taxt-tacına 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib. Kraliçanın 3 oğlu 1 qızı var. Hakimiyyətə gələcəyi iddia olunan böyük oğul, şahzadə Çarlz hazırda 71 yaşındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi