Modern.az

“Rusiyada yaradılan Koordinasiya Şurası diaspor işini irəli aparacaq” - Moskvada yaşayan azərbaycanlı EKSPERT

“Rusiyada yaradılan Koordinasiya Şurası diaspor işini irəli aparacaq” - Moskvada yaşayan azərbaycanlı EKSPERT

29 Noyabr 2019, 12:59

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun rəhbərli etdiyi nümayəndə heyəti Rusiyada bir neçə günlük səfərdə olub. Səfər zamanı Azərbaycan diasporu ilə keçirilən görüşdə Rusiya Federasiyası Prezidenti yanında Şuranın millətlərarası münasibətlər üzrə eksperti Araz Mürsəliyev də iştirak edib.


Araz Mürsəliyev Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiyada keçirilən silsilə görüşləri ilə bağlı  Modern.az-a danışıb.


- Araz bəy, Fuad Muradov Rusiyaya işgüzar səfər edib. Güman ki, sizinlə də görüşüb. Görüşü necə qiymətləndirirsiz?


- Noyabrın 25-dən 29-dək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında işgüzar səfərdə olub. Səfəri çərçivəsində Fuad Muradov bir neçə mühüm görüş keçirib. Bütün görüşlərdə onunla bərabər Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da iştirak edirdi.  Noyabrın 27-də Fuad Muradov Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardı. Fuad Muradov rəhbərlik etdiyi komitənin son il yarımda fəaliyyəti haqqında danışdı, ölkəmizdə aparılan islahatların diaspor sahəsində də həyata keçirildiyini vurğuladı. O, son dövr ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə söz açdı. Fuad bəyin qrafiki çox sıx olduğundan onunla bir neçə dəqiqə görüşüb fikir mübadiləsi apardıq. Diasporun fəaliyyəti, yaranmış suallar və problemlər müzakirə mövzumuz oldu. Fuad Muradova onun fəaliyyətini bir diaspor nümayədəsi kimi yüksək qiymətləndirdiyimi və işindən məmnunluq duyduğumu bildirdim.

- Görüşlərdən gözləntiniz nədir?

- Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub. Bu çox təqdirəlayiq haldır. Düşünürəm, diaspor təşkilatlarının daha səmərəli fəaliyyət göstərməsinə Koordinasiya Şurası yardımçı olacaq. Fuad müəllim görüş çərçivəsində Rusiyadakı Azərbaycan diasporunun bir neçə fəal nümayəndəsinəə Xalq Cumhuriyyətinin 100 illiyi medalını təqdim etdi.
Əslində gözləntilərim əslində daha çox Rusiyada yaşayan çoxsaylı soydaşlarımızdandır ki, diasporla sıx təmasda olsunlar, tədbirlərdə iştirak etsinlər. Düşünürəm, Diasporla İş üzrə Dövlət Komitəsi və onun gənc rəhbəri Fuad Muradov dövlət başçımızın tövsiyəsi ilə diaspor fəaliyyətini çox səmərəli və professional şəkildə həyata keçirir və Rusiyada yaşayan həmvətənlərimizin Rusiya cəmiyyətinə inteqrasiyası üçün çox əmək sərf edir. Mən ümumiyyətlə, Fuad Muradovun və onun timsalında bütün komitənin fəaliyyətini yüksək qiymətləndirir, işlərində uğurlar arzu edirəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir