Modern.az

“Milli Məclisin buraxılması məsələsinə mən də dəstək vermişəm” - Oqtay Əsədov

“Milli Məclisin buraxılması məsələsinə mən də dəstək vermişəm” - Oqtay Əsədov

Parlament

29 Noyabr 2019, 13:35

"Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər. Onlar V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarlmasını istəyiblər". 

 

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib:

 

"Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək".

 

Spikerin sözlərinə görə, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir.

 

"Bu hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də bitərəf olanlara", - deyə O.Əsədov bildirib.

 

Qeyd edək ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. İclasda verilən qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir