Modern.az

Gürcüstan müxalifəti etiraz aksiyalarını davam etdirir

Gürcüstan müxalifəti etiraz aksiyalarını davam etdirir

29 Noyabr 2019, 14:27

Gürcüstan paytaxtı Tbilisidə etiraz aksiyaları davam edir.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılmış “Avropa Gürcüstanı – Azadlıq Uğrunda Hərəkat” partiyasının lideri, Tbilisinin eks-meri Qiqi Uqulava azad olunaraq aksiyanın keçirildiyi Milli Kitabxananın qarşısına gəlib.

Uqulava polisin onu zorakılıq olmasına deyə saxladığını bəhanə gətirdiyini də sözlərinə əlavə edib. O, saxlanılan 3 tərəfdarının dərhal buraxılmasını da tələb edib.

 

Müxalifətçilər Milli Kitabxanada ölkənin ədliyyə naziri Teya Çulukianinin təşkil etdiyi tədbiri pozmağa da cəhd ediblər.

Gürcüstanda kütləvi etirazlar noyabrın 14-də parlamentin yeni konstitusion dəyişiklikləri qəbul etməməsindən sonra başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir