Modern.az

Prezidentin yeni köməkçisinin DOSYESİ - 4 dil bilir

Prezidentin yeni köməkçisinin DOSYESİ - 4 dil bilir

29 Noyabr 2019, 16:35

Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Şahmar Mövsümov Prezidentin yeni köməkçisi vəzifəsinə təyin edilib.


Modern.az Şahmar Mövsümovun tərcümeyi-halını təqdim edir:

Ş.Mövsümov 31 yanvar 1972-ci ildə anadan olub. 1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsidə təhsil alıb. İxtisasca iqtisadçıdır.

2003 - 2004-cü illər Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistri olub.

Dövlət maliyyəsi üzrə ixtisaslaşıb.

İngilis, fransız, rus, türk dillərini bilir.

Evlidir, üç övladı var.

Ş.Mövsümov 1995 - 2005-ci illər Azərbaycan Respublikası Milli Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.


2005 - 2006-cı illər Azərbaycan Respublikası Milli Bankının Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildən bu günə kimi Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində çalışıb.

12 iyun 2006-cı ildən Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədr müavinidir.

2006 - 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olub.

2006 - 2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

2014-cü ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvüdür.

15 iyul 2016-cı ildən Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvüdür.

5 aprel 2017-ci ildən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.

14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı