Modern.az

Paytaxtdakı atışmada ölənlərin sayı artdı - YENİLƏNİB

Paytaxtdakı atışmada ölənlərin sayı artdı - YENİLƏNİB

Dünya

30 Noyabr 2019, 00:29

London körpüsündə baş verən terror aktında yaralanan iki nəfər ölüb.

Modern.az  xəbər verir ki, bu barədə BBC İngiltərə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “İndependent” qəzeti terror aktı zamanı bir nəfərin öldüyünü yazmışdı.

Belə ki, terror aktı nəticəsində ölənlərin sayının üç nəfərə çata biləcəyi, daha dörd nəfərin isə ağır vəziyyətə xəstəxanaya aparıldığı qeyd olunub.

Bu məlumatlar hələ rəsmi təsdiqini tapmayıb.

***

London körpüsündə naməlum şəxslər bir neçə dəfə atəş açıblar.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

London Polis İdarəsinin açıqladığı məlumatda bildirilir ki, Britaniya polisi bir neçə nəfərin yaralanması ilə nəticələnən insidentin günahkarını saxlayıb.


İnsident nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə həkim briqadaları cəlb olunub.

London körpüsünün yaxınlığında yerləşən Boro bazarı ətrafında partlayış baş verməsi barədə “Sky News” telekanalının yaydığı məlumatı isə polis təkzib edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı