Modern.az

Vitse-spiker yeni Ombudsmandan yazdı - FOTO

Vitse-spiker yeni Ombudsmandan yazdı - FOTO

29 Noyabr 2019, 20:43

"Bu gün Azərbaycan Milli Məclisi müstəqillik tariximizin nailiyyətlərindən biri sayılan İnsan Hüquqları üzrə Müvəkkil institutunun həyatında növbəti əhəmiyyətli addımı atdı".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini  Bahar Muradova bildirib.


B.Muradovanın qənaətinə görə, dönəm etibarı ilə üçüncü, Ombudsman olaraq isə ikinci seçimi təsdiq edilib:

"Uzun illərin təcrübəsi üzərinə enerji, dinamizm və yeni nəfəs gəldi.

Deməli, varisliyə əsaslanan inkişaf üçün hər şey var.

Çox hörmətli Elmira xanıma, Azərbaycan Respublikasının ilk Ombudsmanına dərin minnətdarlığımı bildirir, Səbinə xanıma isə uğurlar arzulayıram".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir