Modern.az

Eks-prezident məhkəməyə zorla gətirdilər

Eks-prezident məhkəməyə zorla gətirdilər

29 Noyabr 2019, 23:26

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev həbs olunduqdan sonra ilk dəfə məhkəməyə gətirilib.

Modern.az  xəbər verir ki, bu barədə 24.kg agentliyi məlumat yayıb.

Sabiq prezidentin kriminal avtoritet Aziz Batukayevin qeyri-qanuni olaraq sərbəst buraxılmasında əlaqəli olduğu iddia edilir. Cinayət işi üzrə iclas Bişkekin Pervomaysk rayonunun məhkəmə binasında keçirilir.

Atambayevin vəkili Sergey Slesarev bildirib ki, keçmiş ölkə rəhbərini məhkəməyə zorla gətiriblər. Ancaq Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasının gənc əməkdaşlarını zərbə altına qoymamaq üçün onlara müqavimət göstərməyib.

Keçmiş rəhbər həbs olunduqdan sonra məhkəmənin qərəzli mövqe nümayiş etdirdiyini əsas gətirərək, prosesdə iştirak etməkdən və istintaq təcridxanasını tərk etməkdən imtina edirdi.

Batukayevin işi üzrə ilkin dindirilmələr onun iştirakı olmadan baş tutub.

Qeyd edək ki, xüsusi təyinatlılar Atambayevin saxlanılması üçün üç dəfə cəhd göstəriblər və yalnız üçüncü cəhddən sonra o, təslim olub. Toqquşmalar nəticəsində 136 nəfər xəsarət alıb, bir nəfər xüsusi təyinatlı həlak olub. Avqustun 9-da sabiq ölkə rəhbəri istintaq təcridxanasına yerləşdirilib.

2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olmuş Atambayevə qarşı gəlirlərin gizlədilməsi və cinayətkar qruplaşmaların üzvlərinə silah verilməsi barədə cinayət işi açıla bilər. Daha əvvəl, o, Batukayevin işi ilə bağlı korrupsiyada təqsirləndirilib.

Kriminal avtoritet Aziz Batukayev koloniyada kütləvi qarışıqlığın təşkilinə görə 2006-cı ildə 18 il və 6 ay müddətinə məhkum edilmiş, lakin 7 il sonra tibbi komissiyanın rəyinə əsasən vaxtından əvvəl azadlığa buraxılmışdı. İş üzrə materiallarda qanuni oğrunun azadlığa birbaşa sabiq prezidentin göstərişi ilə çıxması qeyd edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir