Modern.az

Daha bir ölkə gizli yolla nüvə silahı əldə edib – Sensasion İDDİA

Daha bir ölkə gizli yolla nüvə silahı əldə edib – Sensasion İDDİA

Dünya

30 Noyabr 2019, 10:28

Yaponiya nüvə silahı əldə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin nüfuzlu “Sohu” internet portalı yazıb.

Məlumata görə, Yaponiya nüvə eletktrik stansiyalarının inkişaf etdirilməsi adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Bunun sayəsində rəsmi Tokio asanlıqla 6 min nüvə başlığı yarada bilər.

 

Çin mətbuatı Yaponiyanın nümunə üçün bir neçə nüvə başlığı yaratdığını və bunu dünyadan gizli saxladığını vurğulayıb.

Hesab olunur ki, Yaponiyanın nüvə silahı əldə etməsi qonşuluğunda yerləşən Şimali Koreyanın analoji silaha yiyələnməsi və bundan özünü qorumaq üçün atdığını düşünür.

 

Xatırladaq ki, İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən, Yaponiya nüvə silahı yaratmaqdan imtina edib.  

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır